Münbicdəki yeni hərbi baza Ankara-Vaşinqton gərginliyini artırır

2018/05/341w5_1525951493.jpg
Oxunub: 3001     19:22     10 May 2018    
Suriyanın Münbic bölgəsindəki ABŞ qoşunlarının yeni hərbi baza tikməsinin ortaya çıxmasından sonra Türkiyə və ABŞ arasındakı gərginlik yeni səviyyəyə yüksəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, YPG dünən ABŞ qüvvələrinin Münbicdə yeni hərbi baza tikdiyi elan edib.

Məlumata görə, həmin bazada eyni zamanda Fransız qoşunları da yerləşir. Onlar burada Türkiyə ilə sərhəd bölgəsinə nəzarət edirlər.

Hərbi ekspertlər, yeni hərbi obyektlərin formalaşdırılmasının Münbic üzərində Ankara ilə Vaşinqton arasında mövcud olan gərginliyi daha da şiddətləndirəcəyini proqnozlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Türkiyə  


Bizi "telegram"da izləyin