Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bəyan edib.
“Cenevrədəki konsultasiyaların məhz ABŞ tərəfinə görə pozulmasına baxmayaraq biz Vaşinqtonla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırıq. Prezidentimizin dediyi kimi, bizim tapşırığımız hər kəslə işləməkdir”, - deyə Sıromolotov bildirib.
O qeyd edib ki, Rusiyanın dialoqa hazırlığına baxmayaraq ABŞ hələ ki bu məsələ konstruktivlik nümayiş etdirmir.
Ağalar Qəribov
Ordu.az