İsrail-İran qarşıdurması zamanı Livana da raket düşüb - FOTO

2018/05/489745415_1525950176.jpg
Oxunub: 4099     19:00     10 May 2018    
Keçən gecə Suriya üzərində baş verən İsrail, İran və Suriya arasındakı qarşıdurma zamanı atılan raketlərdən biri Livan ərazisinə düşüb.

Ordu.az Livan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

“Suriya qüvvələri və İsrail arasında qarşılıqlı atışma zamanı əl-Hibbariyə şəhərinin yaxınlığına yer-yer raketi düşüb. Mərmi sadəcə maddi dağıntıya səbəb olub”, - deyə agentliyin məlumatında qeyd olunub.

Daha sonra çıxan məlumatda, raketin qalıqlarının hərbi posta verilməzdən əvvəl hərbi ekspertlər tərəfindən ciddi araşdırıldığı bildirilib.

Bu xəbərdən qısa müddət sonra isə daha bir raketin suriyalı qaçqınların cəmləşdiyi Qab Elias şəhərinin yaxınlığına düşdüyü məlumatı yayılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-İran   Livan   Raket-hümumu  


Bizi "telegram"da izləyin