Suriyada İsrail hücumu: 28 təyyarə, 60 raket, 23 ölü

2018/05/img787655457_1525948881.jpg
Oxunub: 2110     18:39     10 May 2018    
İsrail Suriyadakı hədəflərə ötən gecə 28 qırıcı təyyarə ilə hücum edərək azı 60 raket atıb.

Ordu.az “İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda Suriya İnsan Hüquqları Müşahidə Qrupu (SOHR) hücumda azı 23 nəfərin həlak olduğunu bildirib.

Hücum zamanı istifadə olunan təyyarələr F-15 və F-16, raketlər isə hava-yer tipli raketlər olub.

SOHR-un məlumatına əsasən ölənlərin 5-i Suriya hökumət qüvvələrinin üzvü, 18-i isə müttəfiq qoşunların döyüşçüləri olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Suriya   Raket-hücumu  


Bizi "telegram"da izləyin