“Qərb və Rusiyanın münasibətləri pisləşməyə davam edir” - Lavrov

2018/05/9bda7072-24e8-4516-84c9-64d2b785aacf345_1525948615.jpg
Oxunub: 1938     18:35     10 May 2018    
“Moskva Qərbdən olan müttəfiqlər, o cümlədən Berlinlə münasibətlər üçün uyğun yanaşmalar axtarmağa davam edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Hayko Maasla danışıqları başlayarkən bildirib.

“Biz alman və Qərb müttəfiqlərimizlə uyğun yan yanaşmalar axtarmağa hazırıq. Lakin bizi daha çox qorxudan məsələ öz günahımız olmadan yaranan vəziyyətdir. Bu vəziyyət həm Avropa, həm də ümumi olaraq beynəlxalq arenada prespektiv imkanları azaldır”, - deyə Lavrov bildirib

O qeyd edib ki, bu böhranlar baş verəndə bütün qitə əziyyət çəkir, bu səbəbdən ümumi yanşama meodları tapmaq lazımdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Rusiya   Lavrov  


Bizi "telegram"da izləyin