Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Aviqdor Liberman bəyan edib.
“İsrail Suriya ərazisini işğal etmək istəmir, lakin yəhudi dövləti hadisələrin istənilən gedişatına hazırdır”, - deyə Liberman bildirib.
O qeyd edib ki, İsrail İrana Suriyanı öz cəbhəsinə çevirməyə imkan verməyəcək.
“Biz demək olar İranın demək olar Suriyadakı bütün infrastrukturlarına zərbələr endirdik. Əgər İsraildə yağış olacaqsa, Suriyada leysan yağacaq. Heç kəsə bizə hücum etmək və ya gələcək hücumlar üçün infrastruktur yaratmağa imkan verməyəcəyik”, - deyə Liberman açıqlayıb.
Ağalar Qəribov
Ordu.az