Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyana, Ermənistanın polis rəisi Vladimir Qasparyanı və təhlükəsizlik xidmətinin direktoru Qeorgi Kutoyanı tutduqları vəzifələrdən azad etməyi təklif edib.
Ordu.az xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhivəsində qeyd edib.
“İndicə Vladimir Qasparyanı Ermənistanın polis rəisi vəzifəsindən, Qeorgi Kutoyanı isə MTX direktoru vəzifəsindən azad edilməsi barədə Ermənistan prezidentinə ünvanlanmış təqdimata qol çəkdim”, - deyə Paşinyan şərhində bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Qasparyan
Kutoyan