Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bəyan edib.
“Üçüncü dünya müharibəsinin Suriyada başlanmamasına səbəb kimi Rusiyanın siyasi müdrikliyini görürəm”, - deyə Əsəd bildirib.
O qeyd edib ki, ABŞ-ın Suriyada həyata keçirdiyi missiyanın yeganə məqsədi terrorçulara dəstək verməkdən ibarətdir.
“Hər birimiz çox yaxşı bilirik ki, Birləşmiş Ştatların Suriyada həyata keçirdiyi fəaliyyət adı və hansı qrupa aidliyindən asılı olmayaraq terorçuların dəsətklənməsidir”, - deyə Əsəd ABŞ prezidenti Donald Trampın ABŞ-ın Suriyadakı missiyasının həyata keçirilməsi barədə bəyanatını şərh edib.
Ağalar Qəribov
Ordu.az