Quterreş Yəməndə münaqişənin sərtləşməsindən narahatdır

2018/05/000026_1524645682_300153_big234_1524646923_1525938420.jpg
Oxunub: 2313     15:45     10 May 2018    
BMT baş katibi Antonio Quterreş Yəməndə münaqişənin qəfil şəkildə sərtləşməsindən narahatdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin dəftərxanası məlumat yayıb.

“Baş katib son dövrlərdə münaqişənin qəfil sərtləşməsndən narahatdır. Xüsusilə mayın 7-də koalisiyanın zərbələri narahat edir, onlar Səna ərazisində Təhrir dairəsində dövlət binasına belə zərbə endirdilər. Husilər isə mayın 6 və 9-da Səudiyyə Ərəbistanı və onun paytaxtı Ər-Riyada zərbələr endiriblər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, aprel ayında husilər hərəkatın əsas liderlərindən birinin Ərəb koalisiyası tərəfindən öldürülməsinə cavab olaraq yalnız Ər-Riyad deyil, Səudiyyə Ərəbistanının digər şəhər və bölgələrini də bombalaya biləcəklərini açıqladılar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Antonio-Quterreş   Yəmən   Husilər  


Bizi "telegram"da izləyin