Rusiya XİN ABŞ-ın müdafiə strukturlarına qarşı sanksiyalarını şərh edib

2018/05/234234_1525938270.jpg
Oxunub: 2317     15:43     10 May 2018    
ABŞ-ın Rusiya müdafiə strukturlarına qarşı sanksiyalar qəbul etməsi faktiki şəkildə Suriya zenitçilərinin aprelin 14-də qərb koalisiyasına qarşı Rusiya və Sovet istehsalı olan silahların imkanlarını göstərməsinə qarşı reaksiyadır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Rusiyanın müdafiə strukturlarına qarşı sanksiyalar qəbul etməsinin əsas səbəbi Amerikanın başçılıq etdiyi Qərb koalisiyasının Suriyaya aprelin 14-ü endirilən zərbələr zamanı Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında olan Rusiya və Sovet istehsalı olan qurğuların onlara layiqli cavab verməsidir.

“Sanksiyaların Tulanın Qurğu Quruculuğu Konstruktor Bürosu, 183-cü zenit raket polkunun qvardiyası, Rusiya Müdafiə Nazirliyinin Elmi-Tədqiat Mərkəzi, “Barl” elmi-tədqiqat konserni, Qatçində yerləşən Taket Qoşunlarının Tədris Mərkəzi və Rusiya Baş Qərargahının Baş İdarəsinə qarşı sanksiyaların qəbul edilməsi məhz Suriyanın layiqli cavab verməsində rolu olan strukturlardır”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ABŞ   Suriya-böhranı  


Bizi "telegram"da izləyin