Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə keçirilən danışıqların yekunları barədə açıqlama verərkən bəyan edib.
“İndi Suriyada nə baş verdiyini nəzərə alsaq, Rusiya hərbçiləri ilə İsrail Müdafiə Ordusu arasında koordinasiyanı davam etdirmək və təsadüfi qarşıdurmalara yol verməmək labüddür”, - deyə Netanyahu bildirib.
O qeyd edib ki, İsrailin atdığı addımlar ölkənin müdafiəsi və suverenliyinin qorunması mövqeyindən həyata keçirilir.
Ağalar Qəribov
Ordu.az