Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Əbdül əl-Cubeyr bəyan edib.
O, bu barədə ABŞ prezidenti Donald Trampın “İranın nüvə proqramı üzrə müqavilə ləğv ediləcək və ABŞ əgər lazım gələrsə, güc tətbiq etməyə hazırdır” bəyanatını şərh edərkən bildirib.
“Səudiyyə Ərəbistanı İranla müqavilənin ləğv edilməsi halında yarana biləcək təhlükəni önləmək üçün şəxsi nüvə bombasını hazırlamağa başlayacaq”, - deyə əl-Cübeyr açıqlayıb.
Ağalar Qəribov
Ordu.az