SQQ illər sonra Yarmuk düşərgəsinin ölümcül hissəsinə daxil olub

2018/05/415262_1525892906.jpg
Oxunub: 2528     02:57     10 May 2018    
Suriya Quru Qoşunları illər sonra ilk dəfə olaraq Yarmuk düşərgəsinin ölümcül hissəsinə daxil olmağa nail olub.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, SQQ Yarmukun həmin ərazilərindən 2012-ci ildə çəkilib.

Dəməşqdə olan orduya yaxın mənbə bildirib ki, SQQ İŞİD terrorçularının 30-cu küçədəki cəbhə xəttini yararaq Fələstin stadionu və Bassil gölünün yerləşdiyi əraziyə daxil olub.

Qeyd edək ki, bu bölgə düşərgənin ələ keçirilməsi üçün olduqca əhəmiyyətli hesab edilir və ona nəzarətin əldə edilməsi uğrunda bu vaxta qədər xeyli qurbanlar verilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD   Yarmuk-düşərgəsi  


Bizi "telegram"da izləyin