Pentaqon F-16-ların istifadə müddətinin uzadılmasına çalışır

2018/05/41544_1525891598.jpg
Oxunub: 3884     02:42     10 May 2018    
“The Ogden Air Logisics Complex” ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının istifadə müddətinin uzadılması istiqamətində proqram həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin proqram rəhbəri Steysi Havkins bu proqramın ABŞ Müdafiə Nazirliyi üçün sərfəli həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, həyata keçirilən proqramın tamamlanması ilə F-16-ların istifadəyə yararlılıq müddəti 2050-ci ilə qədər uzadılacaq.

Bundan başqa ilkin versiyada maksimum 8 min saat olan uçuş müddəti yenilənmə sayəsində 12 minə artırılacaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 1979-cu ildən etibarən istifadədə olan F-16 qırıcıların köhnəlməsinin qarşısını almaq məqsədilə onların modernizasiyasını həyata keçirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   ABŞ   Modernizasiya  


Bizi "telegram"da izləyin