Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məbuat xidməti məlumat yayıb.
Pentaqonun məlumatına əsasən bağlanan müqavilənin ümumi dəyəri 175 milyon dollardır. Bu müqavilə əsasında “BAE Systems” ABŞ donanmasına 7000-dən çox lazerlə idarəolunan raketlər alacaq.
Qeyd edək ki, son dövrlərdə bu raketlərə olan tələbatın artması ilə onların istesalı illik 20 mini keçib. “BAE Systems” raketlərin yüksək dəqiq, etibarlı və istifadəyə asan olduğunu bildirir.
Ağalar Ağalarlı
Ordu.az