İran parlamenti raket büdcəsini artıracaq

2018/05/32168991_2147319862167005_9222187059672776704_n_1525880699.jpg
Oxunub: 3972     23:42     09 May 2018    
İran parlamenti ölkənin ballistik raket proqramına ayrılan vəsaitin artırılmasına hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Ələddin Borocerdi bildirib.

Borocerdi ABŞ prezidenti Donald Trampın Amerikanın nüvə sazişindən çəkməsinə dair verdiyi qərara münasibət bildirib.

Qeyd edək ki, Trampın əsas tənqid etdiyi məqam müqavilənin İranın raket proqramını əhatə etməməsi idi.

Borocerdi bildirib ki, Ameikanın bu qərarı, İranın raket proqramında heç bir dəyişikliyə səbəb olmayacaq və əksinə parlament artıq raket proqramının büdcəsini artırmağı düşünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin