NATO Gürcüstana bir milyon avroluq hərbi texnika verir

2018/05/1981_1525864303.jpg
Oxunub: 1912     21:29     09 May 2018    
NATO Gürcüstan Müdafiə Nazirliyi ilə NATO-Gürcüstan birgə mərkəzinə avtonəqliyyatın verilməsi barədə razılıq əldə edib.

Ordu.az Kavkaz-uzel.eu saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, bu barədə razılıq bu gün Gürcüstan müdafiə naziri Levan İzoriya və NATO baş katibinin müdafiə sitasəti və uyğunlaşdırma məsələləri üzrə köməkçisi Conatan Periş arasında əldə edilib.

Periş Gürcüstana texnikanın verilməsini Tiflisi dəstək istiqamətində atılan növbəti addım kimi qiymətləndirib.

Avtonəqliyyatın kəmiyyəti, növü və markası barədə məlumatlar isə hələlik dəqiqləşdirilməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Gürcüstan  


Bizi "telegram"da izləyin