Çin 5-ci nəsil qırıcını sınaqdan keçirib

2018/05/1979_1525863768.jpg
Oxunub: 3618     20:27     09 May 2018    
“Çinin yeni 5-ci nəsil qırıcısı J-20 zərində ilk döyüş sınaqları keçirilib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Çen Tszinke bəyan edib.

“Fevralda siahlanmaya qəbul edilən J-20 qırıcıları uçuş heyətinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. J-16 və J-10C qırıcılarından fərqli olaraq J-20 helikopterləri daha üstün xüsusiyyətlərə malikdir”, - deyə Tszinke bildirib.

O qeyd edib ki, J-20-lər üzərində sınaqların keçirilməsi həmçinin qırıcıların imkanları ilə daha yaxından tanış olmaq baxımından böyük əhəmiyyət daşıyır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-20  


Bizi "telegram"da izləyin