Rusiyanın Qələbə Günü hərbi paradı – FOTOLAR

2018/05/3646845_1525862366.jpg
Oxunub: 3135     18:41     09 May 2018    
Hər il mayın 9-da Rusiya İkinci Dünya Müharibəsində qazanılan qələbəni qeyd edir. Moskvada həmin gün şəhərin mərkəzində baş tutan nəhəng paradla əlamətdar olur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün də Rusiya Moskvanın məşhur qırmızı meydanında həyata keçirdiyi hərbi paradda tank, təyyarə, artilleriya və əsgərlərini nümayiş etdirib.

Bugünkü paradda əsgər, hərbi polis və kadetlərdən olmaqla ümumilikdə 13 min canlı qüvvə, 159 döyüş vasitəsi, 75 təyyarə iştirak edib.

Nümayiş etdirilən hərbi texnika arasında Rusiyanın yeni Su-57 stels qırıcıları, “Kinjal” hipersəs raketləri və 10 nüvə başlığı daşıya bilən YARS ballistik raketləri də yer alıb.

Bu gün Moskvadan diqqəti cəlb edən fotolar:











Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-Parad   Qələbə-Günü  


Bizi "telegram"da izləyin