Obama: “İranın nüvə müqaviləsindən çıxmaq ciddi səhvdir”

2018/05/1977-Barak-Obama_1525861885.jpg
Oxunub: 4181     18:32     09 May 2018    
“ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair müqavilədən çıxmaq qərarını verməsi ciddi səhvdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Barak Obama bildirib.

“Hesab edirəm ki, nüvə müqaviləsini hər hansı ciddi səbəb olmadan sual altına qoymaq ciddi səhvdir”, - deyə Obama açıqlayıb.

O qeyd edib ki, ABŞ Yaxın Şərqdə müharibə və ya nüvə silahına malik İran arasında seçim edərək məğlub duruma düşə bilər.

“Nüvə müqaviləsi effektivdir və bunu həm müstəqil ekspertlər, həm də Pentaqon təsdiqləyir. Bu, Tehranın nüvə proqramını əhəmiyyətli dərəcədə zəiflədib. Bu, KXDR ilə oxşar müqavilə üçün nümunə ola bilər. İranla müqavilədən heç bir səbəb olmadan çıxmaq ABŞ-ı yaxın müttəfiqlərindən uzaqlaşdıra bilər”, - deyə Obama vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barak-Obama   ABŞ   İran   Donald-Tramp  


Bizi "telegram"da izləyin