Əfqanıstanda seçki məntəqəsinə hücum: 6 ölü, 6 yaralı

2018/05/48784126_1525861561.jpg
Oxunub: 3896     18:27     09 May 2018    
Əfqanıstanın Badqis vilayətində yerləşən seçki məntəqəsində edilən hücum nəticəsində 6 əsgər həlak olub, 6-sı isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayət şurasının üzvü Əbdül Əziz Baik bildirib.

“Taliban” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, bu vaxta qədər ölkənin seçki məntəqələrinə edilən hücumlar nəticəsində 103 nəfər həlak olub, 173 nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Seçki  


Bizi "telegram"da izləyin