Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.
“Rusiya-NATO Şurasının çağırılması imkanını istisna etmirik. Lakin gündəlikdə ilk növbədə təhlükəsizliyin təmini məsələsi olmalıdır”, - deyə Qruşko bildirib.
Qeyd edək ki, daha öncə NATO baş katibi Yens Stoltenberq dəfələrlə Alyans tərəfindən Rusiya-NATO Şurası üzrə danışıqların getdiyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az