Ordu.az “Ukrainform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə 9 May ilə əlaqədar olaraq keçirilən tədbirdə çıxışı çərçivəsində bəyan edib.
“Qələbənin qazanılmasında Ukraynanın böyük rolu olub. İndi isə Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü 10 ordusundan biridir. Biz Avropada 8-ci, dünyada 29-cu ən güclü orduya sahibik”, - deyə Poroşenko bildirib.
O qeyd edib ki, Ukrayna ordusu bütün dövlət institutları içərisində ən böyük etimada sahibdir və onu xalqın ordusu adlandırmaq olar.
Ağalar Qəribov
Ordu.az