Ordu.az xəbər verir ki, bu barədə “Russian RT” məlumat yayıb.
Məlumata görə, İkinci Dünya Müharibəsində qazanılan qələbənin 73 illiyinə həsr edilən paradda 13 mindən çox insan, 160-a yaxın hərbi texnika və 75 növ aviasya texnikası iştirak edib.
Paradda çıxış edən Rusiya prezidenti Vladimir Putin Rusiyanın İkinci Dünya Müharibəsində qazanılan qələbənin xatirəsinin silinməsinə yol verməyəcəyini açıqlayıb.
Qələbə paradında bir çox ölkələrin siyasi və ictimai xadimləri, o cümlədən İsrail baş naziri Binyamin Netanyahu və Serbiya prezidenti Aleksandr Vuçiç də iştirak ediblər.
Ağalar Qəribov
Ordu.az