Ordu.az “Agence France Presse” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.
“Müqavilə ölməyib. Vyana müqavilələrinə gələ bilmək üçün davamedici diskussiya keçirildi və yalnız bu ciddi siyasi marafondan sonra 2015-ci ildə müqavilə imzalandı. Bu, tələbkar müqavilədir və onun şərtləri İrana nüvə silahından istifadə etməmək üçün iqtisai stimul verməli və onun üzərindən sanksiyaları götürməlidir”, - deyə Le Drian bildirib.
O qeyd edib ki, MAQATE-nin İrana 10 səfəri baş tutdu və hər biri İranın müqaviləyə riayət etdiyini göstərdi.
“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müqavilə üzvlərindən birinin müqavilədən çıxması onu ləğv etmir”, - deyə nazir açıqlayıb.
Ağalar Qəribov
Ordu.az