Çin ABŞ-ın İrana dair qərarından məyus olduğunu açıqlayıb

2018/05/435345_1525854523.jpg
Oxunub: 3850     16:27     09 May 2018    
“Çin hökuməti ABŞ prezidenti Donald Trampın İranın nüvə müqaviləsindən çıxmaq barədə qərar qəbul etməsinə görə məyus olub”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən rəsmi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bəyan edib.

“Çin ABŞ-ın İranın çoxtərəfli nüvə müqaviləsinə görə nartahatdır. Bu müqavilə BMT Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı qətnamə ilə təsdiq edilib. Biz maraqlı məsuliyyət daşımağa səsələyirik”, - deyə Şuan bildirib.

O qeyd edib ki, İranın nüvə müqaviləsinə birmənalı şəkildə riayət edilməlidir və bu addım dünyada sülh və stabilliyin qorunmasına dəstək ola bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-ABŞ   Çin  


Bizi "telegram"da izləyin