İran parlamentinin spikeri: “ABŞ-ın müqavilədən çıxması diplomatik şoudur”

2018/05/1969-Əli-Laridcani_1525851905.jpg
Oxunub: 2717     15:45     09 May 2018    
“ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə müqavilədən çıxması diplomatik şoudur”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin – Məclisin spikeri Əli Laridcani bəyan edib.

“Trampın nüvə müqaviləsindən çıxmaq qərarı diplomatik şoudur. İndiki vəziyyətdə İran öz öhdəliklərini yerinə yetirməyə borclu deyil”, - deyə Laridcani bildirib.

O qeyd edib ki, Ağ Ev rəhbərinin qərarı bütün dünyada sülh və təhlükəsizliyə endirilən zərbədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin