Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresində Respiblikaçılar və Demokratlar partiyasının bir sıra üzvləri bildiriblər.
“İranın nüvə müqaviləsini pozması barədə heç bir hesabat yoxdur. Hazırda əksəriyyəti narahat edən məsələ İranın Suriyadakı fəaliyyəti ola bilərdi, nüvə sahəsindəki işləri yox”, - deyə ABŞ Konqresinin Senatında Demokratlar partiyasının lideri Çarlz Şumer bəyan edib.
Digər demokrat senator Riçard Durbin isə ABŞ-ın nüvə müqaviləsindən çıxmasını tarixi miqyaslı səhv adlandırıb və qeyd edib ki, bu qərarla Tramp dünyada nüvə müharibəsi təhdidi yaradır.
Senatın Kəşfiyyat Komitəsinin baş demokratı Mark Uirner isə Trampın bu qərarla Avropa müttəfiqləri ilə fikir ayrılığı yaratmasını, bununla da əlaqələrin pisləşməsi riskini daha real etməsini tənqid edib.
Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Məsələləri Komitəsinin üzvü, respublikaçı Maykl Törner hesab edir ki, Tehran heç bir pozuntuya yol verməyib və Trampın hər hansı əsas olmadan müqavilədən çıxması hüquqaziddir.
Ağalar Qəribov
Ordu.az