Moskvada Qələbə paradı başlayıb - CANLI

2018/05/1965_1525849958.jpg
Oxunub: 3277     15:09     09 May 2018    
Rusiyanın paytaxtı Moskva şəhərində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə keçirilən Qələbə paradı başlayıb.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, qələbə paradına Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukov komandanlıq edir, paradı isə Rusiya müdafiə naziri Sergey Şoyqu qəbul edir.

Qələbə paradını izləyənlər arasında Rusiya prezidenti, Rusiya Silahlı Qüvvlərinin Baş Komandanı Vladimir Putin, həmçinin siyasi və ictimai xadimlər iştirak edir.

Paradda 150 hərbi texnika nümunəsindən inbarət mexanikləşdirilmiş kolon da iştirak edir. Bu kolonda “Armata” tankları, “Kurqanets” piyada maşınları, “Bumeranq” zirehli transportyorları, “Koalisiya-SV” haubitsaları, “Terminatoir tankların dəstəyi döyüş maşını, “Katran” və “Korsar” PUA-ları, o cümlədən digər yeni hərbi texnikalar da iştirak edir.

Paradı aviasiya tamamlayır. 75 təyyarə və helikopter arasında yeni 5-ci nəsil Su-57 qırıcıları, MiQ-29SMT qırıcıları və yeni yeni “Kinjal” hipersəs raketləri nümayiş etdirilir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qələbə-paradı   İkinci-Dünya-Müharibəsi  


Bizi "telegram"da izləyin