Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmail Dəmir bəyan edib.
“İlk F-35 qırıcısının əldə edilməsindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına bu qırıcıları idarə etmək üçün təlimlər keçiləcək”, - deyə Dəmir bildirib.
O qeyd edib ki, Türkiyə 2019-cu ildə yenə də 5-ci nəsil F-35 qırıcıları əldə edəcək.
Ağalar Qəribov
Ordu.az