Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının baş naziri Li Ketsyan Yaponiya baş naziri Sindzo Abe və Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirilən danışıqların nəticələri barədə danışarkən bəyan edib.
“Biz Koreya yarımadasında nüvəsizləşdirilmənin keçirilməsinə istiqamətlənən dialoqa qayıtmağı dəstəkləyirik. Biz həmçinin Koreyaarası sammitin keçirilməsini səsləyir və ümid edirik ki, KXDR və ABŞ liderləri arasında yüksək səviyyədə görüş baş tutacaq. Həmçinin biz KXDR və Yaponiya arasında dialoqun keçirilməsi və iki ölkə liderlərinin görüşməsinə ümidvarıq”, - deyə Ketsyan bildirib.
O qeyd edib ki, Çin dialoqun keçirilməsi və Pxenyanla dialoqun inkişaf etdirilməsində yardımçı rolunda çıxış etməyə hazırdır.
Ağalar Qəribov
Ordu.az