“ABŞ-ın nüvə müqaviləsindən çıxması tamamilə doğru qərardır” - Heyli

2018/05/4694778564_1525843699.jpg
Oxunub: 2469     13:27     09 May 2018    
“ABŞ prezidenti Donad Tramp İranın nüvə müqaviləsindən çıxmaq göstərişi verməklə tamamilə doğru qərar qəbul etdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Prezident İranın nüvə müqaviləsindən çıxmaqla tamamilə doğru qərar qəbul etdi. Bu, İrana özünü beynəlxalq arenada daha pis aparmağa icazə verən dəhşətli müqavilə idi. Biz İrana nüvə silahı əldə etməyə icazə verməməli və Amerikaya, bizim müttəfiqlərimizə qarşı dəstəklənən addımlarla mübarizə aparmalıyıq”, - deyə Heyli bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın bu qərarını dəstəkləməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heyli   ABŞ-İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin