Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani xalqa müraciəti çərçivəsində bəyan edib.
“Nüvə müqaviləsi İran və ABŞ arasındakı razılaşma deyil, bu, Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən beynəlxalq müqavilə idi. Bu addımla ABŞ beynəlxalq müqavilələrə riayət etmədiyini təsdiqlədi”, - deyə Ruhani bildirib.
O qeyd edib ki, ABŞ-ın çıxmasına baxmayaraq Tehran müttəfiqləri ilə müqavilə üzrə işləri davam etdirəcək.
Ağalar Qəribov
Ordu.az