“ABŞ-ın müqavilədən çıxmasına şadıq” – Ruhani

2018/05/43-Ruhani_1525814213.jpg
Oxunub: 1482     03:47     09 May 2018    
“Birləşmiş Ştatların İranın nüvə proqramı üzrə müqavilədən çıxmasına şadam”.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani xalqa müraciəti çərçivəsində bəyan edib.

“Nüvə müqaviləsi İran və ABŞ arasındakı razılaşma deyil, bu, Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən beynəlxalq müqavilə idi. Bu addımla ABŞ beynəlxalq müqavilələrə riayət etmədiyini təsdiqlədi”, - deyə Ruhani bildirib.

O qeyd edib ki, ABŞ-ın çıxmasına baxmayaraq Tehran müttəfiqləri ilə müqavilə üzrə işləri davam etdirəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Həsən-Ruhani  


Bizi "telegram"da izləyin