İranın ballistik raketləri: Qərblə ziddiyyətin onurğası

2018/05/received_2534993850060101_1525803935.jpeg
Oxunub: 1669     02:23     09 May 2018    
İranın ballistik raket proqramı Tehranın Qərb gücləri ilə olan münasibətlərinə illərdir ki, mənfi təsir göstərir.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, İran İslam respublikası bu məsələnin müzakirəyə açıq olmadığını qeyd edir.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu 2000 kilometr mənzilə sahib və 450-1200 kilo yük daşıya bilən onlarla ballistik raket hazırlayıb.

2006-cı ildən etibarən BMT-nin Təhlükəsizlik Xidməti İranı raket proqramından çəkindirəcək qətnamələr qəbul edib.

Lakin İran və altı dünya gücü arasında imzalanan sazişi dəstəkləmək və möhkəmləndirmək məqsədilə İrana tətbiq edilən sanksiyalar 2015-ci ilin iyulunda donduruldu.

ABŞ prezidenti Donald Trampın bu gün ABŞ-ın İranla sazişdən imtina edib-etməyəcəyi ilə bağlı yekun qərarını ictimaiyyətə açıqlaması gözlənilir.

Tramp öncəki prezident olan Barak Obama hökumətinin sazişi imzalayarkən bir çox güzəştlərə getdiyinə inanır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qərb   Donald-Tramp  


Bizi "telegram"da izləyin