Çin raketləri göylərdə güc balansını dəyişir

2018/05/received_2534995486726604_1525799683.jpeg
Oxunub: 4041     01:21     09 May 2018    
Çin aerokosmik sənayesində baş verən sürətli texnoloji inkişaf qərbin hava qüvvələri və qlobal silah ticarəti üçün oyunu dəyişir.

Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə bu fikirləri Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi aerokosmika sahəsi üzrə əməkdaşı Duqlas Barri səsləndirib.

Onun sözlərinə görə, Çinin xüsusilə təyyarələrdən atıla bilən hava-hava raket sistemlərindəki inkişafı qərbin səmadakı üstünlüyünü təhdid altında qoyur.

Barri bildirib ki, bunun nəticəsi olaraq ABŞ HHQ 1980-ci ildən etibarən üzləşmədiyi şeylə - səmadakı ölüm sayının yüksəlməsi ehtimalına hazır olmalıdır.

“Doğrudur, ABŞ HHQ hələ də ən böyük güc olaraq qalır. Lakin Çinin nailiyyətləri, prezident Si Tsinpinqin robotlar, süni zəka sahəsində ambisiyaları bunun gələcəkdə də belə olacağı barədə suallar doğurur”, - deyə o əlavə edib.

Çinin ən böyük uğurlarından biri hava-hava raketləridir. Bu silahların hər biri 2 milyon dollara başa gəlsə də, bir dənəsi 150 milyon dollar dəyərində təyyarələri məhv etməyə qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin