Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu adətən hər iki partiyanın geniş dəstəyini qazanır.
Lakin taktiki nüvə silahları, Pentaqonun mülki personalının azaldılması, transgender əsgərlər məsələsi konqresdə gərgin müzakirələrə yol aça bilər.
Həmçinin yeni büdcədə Donald Trampın istəyinə uyğun olaraq Meksika sərhədinə divar çəkilməsi və hərbi parad keçirilməsi məsələləri də daxil edilib.
Xatırladaq ki, ötən il də təklif olunan sərhəd divarı Texas və Arizonadan olan vəkillərin səyi nəticəsində qəbul edilmədi. Lakin bu məsələ bu il yenidən müdafiə büdcəsinə daxil edilib.
Ağalar Ağalarlı
Ordu.az