“Korsar”ların fəaliyyət radiusu genişləndiriləcək

2018/05/456_1525784610.jpg
Oxunub: 3106     21:02     08 May 2018    
Rusiyanın “Korsar” tipli PUA-larının fəaliyyət radiusu genişləndiriləcək, həmçinin PUA-lar radioelektron mübarizə vasitələri ilə təchiz edilib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rostex” məlumat yayıb.

“Prespektivdə kompleksin yaxşılaşdırılmış xüsusiyyətlərə malik uçuş aparatları ilə təchiz edilməsi nəzərdə tutulub. Xüsusilə fəaliyyət radiusunun 250 kilometrədək genişləndirilməsi, həmçinin PUA-nın radioelektron mübarizə vasitələri və kəşfiyyat avadanlıqları ilə təchiz edilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, hazırda diqqət mərkəzində olan əsas məsələ “Korsar”ların seriyalı istehsalının təmin edilməsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korsar   PUA   Rusiya  


Bizi "telegram"da izləyin