Aİ: İranın nüvə müqaviləsi saxlanmalıdır

2018/05/1950_1525779555.png
Oxunub: 4165     19:38     08 May 2018    
“Avropa İttifaqı əmindir ki, İranla nüvə müqaviləsi fəaliyyət göstərir və saxlanmalıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Mayya Kosyançiç bəyan edib.

“Avropa İttifaqı müqaviləyə riayət etmək niyyətindədir. Biz əminik ki, müqavilə işləyir və saxlanmalıdır. Onun monitorinqi ilə bizim qiymətləndirməmizi təsdiq edən MAQATE məşğul olur”, - deyə Kosyançiç bildirib.

O qeyd edib ki, hələlik ABŞ prezidenti Donald Trampın müqavilə barədə hansı qərarı verəcəyini bilmir və bu bəyanat açıqlananda Avropa İttifaqı öz mövqeyini ifadə edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   İran   Donald-Tramp  


Bizi "telegram"da izləyin