SQQ Dəməşqin cənubunda bir sıra bölgələri azad edib

2018/05/13970218000290_PhotoI345_1525777490.jpg
Oxunub: 2691     19:04     08 May 2018    
Suriya Quru Qoşunları Dəməşqin cənubunda yerləşən Yarmuk düşərgəsi və Həcər əl-Əsvad bölgəsində daha bir neçə ərazini terrorçulardan təmizləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə orduya yaxın yerli mənbələr bildirib.

Mənbələrin məlumatına görə, ordu qüvvələri Yarmuk düşərgəsinin şərq hissəsində baş verən ağır atışmalardan sonra düşərgə ilə Yalda regionu arasındakı Fələstin küçəsində yerləşən Yapon hospitalını terrorçulardan təmizləməyə nail olub.

Eyni zamanda ordunun artilleriya bölükləri və təyyarələr Həcər əl-Əsvadda terrorçuların mövqelərinə ağır zərbələr endirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Dəməşq  


Bizi "telegram"da izləyin