Niyə Pentaqon F-35-lərə dair proqramı dondurub?

2018/05/5345_1525777076.jpg
Oxunub: 3073     18:56     08 May 2018    
“Lockheed Martin” şirkəti ilə Pentaqon arasında yaranan fikir müxtəlifliyi səbəbilə əlaqələr bitə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Məlumata görə, fikir ayrılıqlarının əsas səbəbi 5-ci nəsil çoxməqsədli F-35 qırıcıları və onların təchizatının dayandırılması ilə bağlıdır.

Fikir ayrılıqlarının əsas səbəbi Pentaqonun “Lockheed Martin”dən 200-ə yaxın qırıcının təmin və texniki xidmətinə dair xərclərin azaldılmasını tələb etməsi olub. Pentaqon bəyan edib ki, maliyyə mübahisələrinin tənzimlənməsinə qədər F-35 qırıcılarından imtina edir.

Vəziyyət o yerə çatıb ki, Pentaqon təmiri “öz gücü” hesabına həyata keçirmək qərarına gəlib. Bir dəfə F-35 üçün detal Pentaqonda 3D printerdə çap edilib və bundan sonra istehsalçı ilə razılıq əldə edilməmiş təyyarə səmaya qalxıb. Həmin vaxt şirkət bəyan etdi ki, əgər belə davam etsə, onlar zəmanətə dair bütün razılaşmaları ləğv edəcəklər.

Hazırda tərəflər ritorikanı bir qədər yumşaltmaq, Pentaqon isə qırıcıların alışını yeniləmək istəyir. Lakin tərəflərdən heç biri bu barədə bəyanat yaymayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   F-35  


Bizi "telegram"da izləyin