Çin İranın nüvə müqaviləsinin saxlanmasını istəyir

2018/05/1774-Van-İ_1525774937.jpg
Oxunub: 1946     18:22     08 May 2018    
“Çin hökuməti İranın nüvə proqramı üzrə ümumi fəaliyyət planının saxlanması mövqeyindən çıxış edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ bəyan edib.

Nazir qeyd edib ki, Çin hökuməti böyük diqqətlə ABŞ prezidenti Donald Trampın son çıxışlarını izləyib və bu çıxışlarda heç bir fakt olmadığına istinad edərək müqavilənin indiki formada qüvvədə qalması mövqeyindən çıxış edir.

“Düşünürəm ki, son dövrlərdə bu məsələyə böyük diqqət ayrılır. Bütün maraqlı tərəflər öz əlaqələrini istifadə etməli, narazılıqları aradan qaldırmalıdırlar. Çin bundan sonra da İranın nüvə problemi üzrə qəbul edilən müqavəyə sadiq qalaraq onu dəstəkləyəcək”, - deyə Van İ bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran   Donald-Tramp   Van-İ  


Bizi "telegram"da izləyin