Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.
Ekspertin fikrincə, Rusiyanın ilk zərbəsi nəticəsində təxminən 70 milyon insanın yaşadığı 131 şəhər məhv edilə bilər, həmçinin ABŞ-ın kütləvi zərbələrə cavabı reaksiyası əhəmiyyətli şəkildə aşağı düşər. İkinci zərbə isə daha 12 şəhəri məhv edərək 28 milyon insan öldürər.
Əgər ABŞ nüvə arsenalını kiçiltsə, ikinci zərbədən ölənlərin sayı 82 milyon insan təşkil edir. Bu, Rusiya zərbələrinin qarşısının alınmasında yaranan çətinliklərlə bağlı olacaq.
Kreniq bu barədə özünün fevral ayında nəşr olunan “Amerikanın nüvə strategiyasının məntiqi: niyə strateji üstünlük vacibdir?” adlı monoqrafiyasında bəhs edib.
Ağalar Qəribov
Ordu.az