Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Admiral Vinoqradov” və “Admiral Tributs” döyüş gəmilərini orta “Peçenqa” dəniz tankeri müşayiət edir.
Gəmilər regionda birgə manevrlər, rabitənin təşkili, hava hücumundan və qayıq hücumundan müdafiə üzrə birgə tapşırıqlar həyata keçirəcək. Həmçinin Ka-27 helikopterləri uçuşlar həyata keçirərək və gəmilərin göyərtəsinə enərək dənizdə axtarış və xilasetmə üzrə tapşırıqlar icra edəcək.
Qeyd edilir ki, daha sonra bu gəmilər Rusiya və Çin arasında keçiriləcək “Dəniz qarşlılıqlı fəaliyyəti – 2018” təlimlərinə qoşulacaq.
Ağalar Qəribov
Ordu.az