Ordu.az “İnterfax” nəşrinə istinadə xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.
“Bir çox müşahidəçilər hesab edir ki, Ukraynada “Soyuq müharibə” gedir. Mən onları təəssüfləndirmək istəyirəm, bu, “Soyuq müharibə” deyil, bu, “İsti müharibə”dir. Hər gün Ukrayna əsgərləri və dinc sakinləri həlak olur. Belə vəziyyətdə bizə təbii olaraq sülhməramlı missiyaya ehtiyac var”, - deyə Proşenko bildirib.
O qeyd edib ki, sülhməramlı missiya aparılması ilə Donbasda vəziyyətin dəyişdirilməsi mümkündür.
Ağalar Qəribov
Ordu.az