“Konqresi Çinə qarşı tədbirlər görməyə səsləyirəm” - Mettis

2018/05/Ceyms-Mettis-2_1525764790.jpg
Oxunub: 3557     15:33     08 May 2018    
“Konqresmenləri “Milli Təhlükəsizlik barədə” qanuna xarici, ilk növbədə Çin investisiyalarının qoyulmasını məhdudlaşdırmaq barədə maddələrin daxil edilməsinə səsləyirəm”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Müdafiə Nazirliyi hesab edir ki, biz rəqiblərimizin fəaliyyətimiz və qanunlarımızın zəif yönlərini çox yaxşı öyrəndiklərini və onları bizə qarşı istifadə etdiklərini anlamalıyıq”, - deyə Mettis bildirib.

O qeyd edib ki, Pentaqonda ən böyük narahatlığı birgə texnoloji şirkətlər doğurur, Çin bu yolla kiberməkanda böyük üstünlük qazanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Çin   ABŞ   Ceyms-Mettis  


Bizi "telegram"da izləyin