Ordu.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Gevin Uilyamson bəyan edib.
“Bizim müdafiə sahəsində işləyən görkəmli alimlərimiz və hərbi ekspertlərimiz Avropa komissiyası ilə “Qalileo”dakı gələcək rolumuz barədə danışıqları davam etdirdiyimiz müddət ərzində milli peyk naviqasiya sisteminin yaradılması üzrə işlərə başlayıblar”, - deyə Uilyamson bildirib.
O qeyd edib ki, Birləşmiş Krallıq işlərə Yaponiya, Cənubi Koreya, Avstraliya və digər ölkələrdən olan mütəxəssisləri cəlb etməyi planlaşdırır.
Ağalar Qəribov
Ordu.az