Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr naziri Florans Parli bəyan edib.
“Əgər yenidən kimyəvi silahdan istifadə edilərsə, Fransa Suriyaya təkrarən aviazərbələr endirə bilər”, - deyə Parli bildirib.
O qeyd edib ki, Suriyaya zərbələrin endirilməsində məqsəd kimyəvi silahdan istifadə ilə baş tutan hücumların qarşısını almaq idi, lakin əgər yenidən kimyəvi silahdan istifadə edilsə, yeni zərbələr endirilə bilər.
Ağalar Qəribov
Ordu.az