“Lockheed” YARS-lar üçün reaktiv mərmilərə dair müqavilə imzalayıb

2018/05/7687687687867_1524147407_1525761276.jpg
Oxunub: 2112     14:32     08 May 2018    
“Lockheed Martin” şirkəti ABŞ Quru Qoşunlarından GMLR YARS-ları üçün reaktiv mərmilərin istehsalına dair müqavilə alıb.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Məlumata görə, reaktiv mərmilər, o cümlədən GMLRS yaylım atəşi reaktiv sistemləri üçün köməkçi adavanlıqların istehsalına dair imzalanan müqavilənin ümumi qiyməti 828 milyon dollar təşkil edəcək.

Müqavilə GMLRS YARS-ları üçün alternativ döyüş hissəsi reaktiv mərmilərin, unitar döyüş başlıqlı reaktiv mərmilərin, təlim-məşq mərmilərinin yaradılmasını, o cümlədən ABŞ Quru Qoşunları üçün maddi-texniki təminatın inteqrasiyasının həyata keçirilməsini nəzərdə tutur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   YARS   Reaktiv-mərmilər  


Bizi "telegram"da izləyin