“İranın nüvə müqaviləsi ən yaxşı variantdır” - Conson

2018/05/23424_1525759855.jpg
Oxunub: 1822     14:09     08 May 2018    
“İranın nüvə proqramı üzrə ümumi fəaliyyət planı ideal olmaqdan uzaqdır, lakin hazırda bu, İranın nüvə silahlarına sahib olmasının qarşısını almaq üçün ən yaxşı üsuldur”.

Ordu.az MSNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Boris Conson bəyan edib.

“Bu müqaviləyə dair mövcud narahatçılıqları başa düşürəm. O, idealdan çox uzaqdır, lakin hazırda ən yaxşı variantdır. Ümumi fəaliyyət planı iranlıları nüvə silahı əldə etmək yolunda dayandırdı. Özümüzə sual verməliyik: başqa hansı üsulla buna nail ola bilərdik?”, - deyə Conson bildirib.

O qeyd edib ki, Britaniya, Fransa və Almaniya müqavilənin mahiyyətinə toxunmadan ABŞ prezidenti Donald Trampın etirazını aradan qaldırmağa qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Conson   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin